dunya
10.06.2018, 02:36
Iranda bir qrup terrorçu məhv edilib

İranın Qərbi Azərbaycan əyalətində terrorçular və SEPAH arasında atışma olub. dogruxeber.tv-ın Tehran bürosunun məlumatına görə, hadisə nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Onlardan bir neçə nəfəri öldürülüb.
SEPAH-ın "Həmzə Seyyduş-Şühəda" quru qoşunları qərargahının yaydığı məlumata görə, cümə axşamı bir qrup terrorçu İraqın şimalından İran ərazisinə soxulmağa cəhd edib. SEPAH-ın müdaxiləsi nəticəsində cəhdin qarşısı alınıb.
Oşnəviyə sərhəd keçid məntəqəsi yaxınlığında zərərsizləşdirilən terrorçulardan xeyli sayda silah götürülüb.
SEPAH üzvlərindən xəsarət alan olmayıb.


