Abşeronda “Aquapark”da faciə: Ölən şəxsin qardaşı danışdı – Təfərrüat












Dünən Novxanı qəsəbəsində yerləşən “Aquapark”da baş verən ölüm hadisəsi ilə bağlı yeni iddialar var.

Hadisə zamanı vəfat edən Zamiq Nağıyevin qardaşı Nicat Nağıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünən polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə təhlükəsizlik kameralarından hadisə anının görüntülərini izləyiblər: “Zamiq saat 13:36-da Aquaparka gəlib, hadisə isə 15:07-də baş verib. Atraksionun yuxarısında da, aşağısında da nəzarətçi yoxdur. Videodan görünür ki, Zamiq atraksionun aşağısında çimir, bu zaman atraksionun göy rəngli hissəsinin yuxarısından hələ ki şəxsiyyəti bəlli olmayan bir nəfər sürüşüb Zamiqin başından bütün çəkisi ilə zərbə vurur. Dərhal da kənara çəkilib gözləyir, 15:08-də Zamiqin hərəkətsiz olduğunu görən və yaxınlıqdakı masada yemək yeyən 17 yaşlı bir oğlan paltarlı formada suya tullanıb Zamiqi çıxardır. Ətrafdakı digər qonaqlar da ona kömək edirlər, əgər orada nəzarətçi olsaydı, Zamiqi onlar çıxarardılar. Zamiqi vuran şəxs isə kənarda dayanıb baxır və köməklik etmir. 15:16-da Zamiqi tibb məntəqəsinə aparıblar. Aquaparkın rəhbərliyi bildirdi ki, insanlar nəzarətçinin sözünə baxmır deyə daha nəzarətçi işlətmirlər”.

N. Nağıyev qeyd edib ki, qardaşı Z. Nağıyevə qarşı oğurluq hadisəsi də baş verib: “Onun pul qabısı hadisə yerindən kənarda tapılıb, kimsə onun pulunu götürüb boş pul qabını tullayıb. Zamiqin heç bir xəstəliyi, qıcolması yoxdur. Meyiti morqdan aparanda gördük ki, boynunun arxasında və çiyninin yuxarı hissəsində göyərmə var, boynunun arxa sağ hissəsi şişib”.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər