Ucar rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub













İyulun 7-də Ucar rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub.



Daxili İşlər Nazirliyinin mətbuat xdmətindən APA-ya verilən məlumata görə, tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev iştirak edib.



Əvvəlcə şəxsi heyətlə görüşən nazir müavini daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından onları salamlayıb, ən xoş arzularını çatdırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin daha da yaxşılaşıdırılması istiqamətində mühüm işlər görülüb, onlarca yeni obyektlər tikilərək istismara verilib. Nazir müavini deyib ki, Ucar Rayon Polis Şöbəsinin yeni binasının istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür. O, əmin olduğunu bildirib ki, əməkdaşlar bu ali diqqət və qayğıya sabitliyin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla qətiyyətli mübarizə işinə verdikləri töhfələrilə cavab verəcəklər.



Məlumat verilib ki, 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 2584 kvadratmetrdir. Müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib, yeməkxana və digər yardımçı sahələr istifadəyə verilib, həyətdə su anbarı tikilib. Yeni tikilidə 55 xidməti otaq, 133 yerlik akt zalı var. Binada havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.



Çıxış edənlər RPŞ-nin şəxsi heyətinin iş şəraitinin daha da yaxşılaşdırılmasına, fəaliyyətin səmərəliliyinin artırılmasına xidmət edəcək və ən müasir standartlara cavab verən yeni inzibati binaya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



Yeni inzibati binanın açılışında Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədov iştirak edib.

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər