Gürcüstanda prezident seçkilərində azərbaycanlı namizəd













2018-ci ilin payızında Gürcüstanda prezident seçkiləri keçirilə bilər.

Artıq indidən seçkilərlə bağlı müəyyən fikirlər səslənir. Müşahidələr onu deməyə əsas verir ki, mübarizə əsasən iki namizəd arasında gedəcək. Bunlar Gürcüstanın prezidenti Georgi Marqvelaşvili və sabiq dövlət başçısı Mixail Saakaşvilidir.

Saakaşvili seçkiyə qədər geri dönəcəyini bildirib. “Düşünürəm ki, payızda keçiriləcək prezident seçkilərinə qədər qayıdacağam. Əminəm ki, Bidzina İvanişvili uduzacaq və seçkiləri saxtalaşdırmağa çalışacaq. Lakin bu, onda alınmayacaq”, – deyə Saakaşvili RTV kanalına verdiyi müsahibədə bildirib.

Digər namizədlərə gəlincə, Gürcüstan İşçi Partiyasından Şvala Natelaşvili, Birləşmiş Milli Hərəkat Partiyasından Zurab Caparidze və Demokratik Hərəkat-Birləşmiş Gürcüstan blokunun sədri, parlamentin sabiq sədri Nino Burcanadzenin seçkilərdə iştirak edəcəyi gözlənilir. Hakim “Gürcü arzusu” partiyası isə seçkilərdə qalib gələcəkləri təqdirdə Konstitusiyaya dəyişiklik ediləcəyini və prezidentin xalq yox, parlament tərəfindən seçiləcəyini bildiriblər. Təşəbbüsə əsasən dövlət başçısı parlamentin 150 deputatı və 150 nümayəndə (yerli özünüidarə, həmçinin Acariya və Abxaziya Ali Şuralarının təmsilçiləri) tərəfindən seçiləcək. Qeyd edək ki, bu təşəbbüsü iqtidar partiyasının nümayəndələri və Gürcüstan Nazirlər Kabineti müsbət dəyərləndirir.

Gürcüstanda baş verən siyasi proseslər Azərbaycanda da maraqla izlənilir. Bu ölkədə yaşayan soydaşlarımız da son illər siyasi proseslərdə aktiv iştirak edirlər. Hazırda Gürcüstan parlamentində 4 azərbaycanlı deputat var. Maraqlıdır, prezident seçkilərində Gürcüstanda yaşayan soydaşlarımız namizəd kimi iştirak edə bilərmi?

Borçalı Cəmiyyətinin sədri, siyasi-şərhçi Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, soydaşlarımızın Gürcüstanda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirakına qanunvericilik imkan verir: “Təbii ki, hər bir vətəndaşın seçmək, seçilmək, siyasi proseslərdə iştirak etmək hüququ var. Amma prezident seçkiləri elə bir prosesdir ki, bütün ölkə miqyasını əhatə edir. Hər hansı bir şəxs namizəd ola bilər. Ancaq məsələyə real yanaşsaq, namizəd elə şəxs olmalıdır ki, o, bütün Gürcüstan ərazisində möhkəm dayaqlara malik olsun. Nəzərə alsaq ki, prezident seçkilərində təkcə Borçalı rayonları deyil, 9 quberniyanın hamısı iştirak edir, bu baxımdan soydaşlarımız arasında belə bir namizəd yoxdur.

Amma bütün hallarda siyasi partiyalarda olan soydaşlarımız seçkilərdə aktiv iştirak edə bilərlər. Yəni, siyasi partiyaların ayrı-ayrı təşkilatlarında azərbaycanlı fəallar və siyasətçi kimi özünü təsdiq etmiş gənc siyasi liderlər var. Həmin şəxslər siyasi partiyalar blokunda regionun inkişafını ehtiva edən platforma ilə seçkilərə qatıla bilərlər. Bütün hallarda seçkilərdə namizəd olmaq mümkündür və Gürcüstan Konstitusiyası buna imkan verir. Məsələn, hesab edirəm ki, prezidentliyə namizəd olmaq üçün 5 əsas fundamental tələb var. Məndə bunun üçü var, ikisi yoxdur. Düşünürəm ki, o iki tələb də olmadan bu prosesə girişmək olmaz. Prezident seçkiləri elə bir prosesdir ki, orada ciddi fiqur olaraq iştirak etməlisən və həmin 5 komponentin hamısı səndə olmalıdır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri, əslən Gürcüstandan olan Rafiq Daşdəmirli isə seçkilərdə azərbaycanlı namizədin olacağına inanmadığını deyib:

“Gürcüstanda nəzərdə tutulan prezident seçkiləri keçən dəfəkindən daha maraqlı olacaq. Keçən seçkilərdə 21 namizəd vardı. Bu dəfə daha az olacaq. Seçkilərdə “Gürcü Arzusu” hakim koalisiyasının, Milli Vahid Hərəkatın namizədləri daha şanslı olurlar. Prezident vəzifəsində ardıcıl olaraq 2 müddət olmuş Saakaşvili qanuna əsasən bu seçkidə yenidən iştirak edə bilməz. Yəqin ki, Saakaşvilinin partiyası yenə də öz namizədi ilə seçkidə iştrak edəcək, amma Gürcü Arzusu Partiyasının namizədini daha şanslı namizəd hesab etmək hələ tezdir. Ölkə üzrə 3.5 milyon seçiçi səsvermə hüququndan istifadə edəcək. Bunun 1 milyona yaxını Gürcüstan azərbaycanlılarının payına düşür. Seçkilərin favoritinin kim olacağını indidən demək çətindir.

Bu günlərdə Gürcüstanda baş vermiş olaylar, Tiflisdə genişmiqyaslı mitinqlər, bunun sonucu olaraq baş nazirin istefası və azərbaycanlıların sıx yaşadığı ərazilərdə polisin əməliyyatı proseslərə təsirsiz qalmayacaq. Azərbaycanlı namizədin seçkilərdə iştirakı o qədər də inandırıcı görünmür. Müstəqil Gürcüstanda ilk dəfə rayon meri azərbaycanlı olmuşdu, onu da istintaqa cəlb ediblər. Parlamentdə azərbaycanlı deputatlarımız var. İstərdim ki, onlardan biri namizəd olsun. Onlar həm gürcülər, həm də azərbaycanlılar arasında çox böyük hörmətə malikdirlər”.

Oxunub: 826

Son xəbərlər

Avtomobildə sıxılan sürücü XİLAS EDİLDİ

Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq

"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Rusiyanın 4 mühüm neft emalı obyekti VURULDU

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Bütün xəbərlər