“Qəbələ”nin baş məşqçisi azarkeşlərdən üzr istədi










“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun “Proqres” klubuna evdə 0:2 hesabı ilə uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib.

Virtualaz.org bildirir ki, gənc mütəxəssis matçı şərh edib və azarkeşlərdən üzr istəyib: “İlk öncə azarkeşlərimizdən üzr istəyirəm – həm öz adımdan, həm də komandam adından. Adımıza yaraşmayan futbol oynadıq. İkinci matçda daha hazırlıqlı olacağıq. Bu, bizim üçün çox ağır siqnal oldu. Düzəlməyən bir şey yoxdur, komanda şəklində bu yükün altından çıxa biləcəyik.

Evimizdə 2 top vurublarsa, biz də səfərdə bunu etməliyik. İntizamlı futbol oynamaq şərtilə qol və ya qollar vurmaqla çalışacağıq…

Oyunçularımıza sürətli futbol tapşırmışdım. Amma bu hər zaman alınmır. Bu gün meydanda sürət yox idi. Futbolçularımız çoxlu top itkilərinə yol verdilər.

Fasilədə oyunumuzda düzəlişlər etməyə çalışdım. Bilirdik ki, rəqibdə xətlərarası sıxlıq olacaq və orda top almalı idik. Sonradan məcburən cinahlardan hücum qurmağa çalışdıq. Ancaq düşündüklərimizi reallaşdıra bilmədik…

İkinci oyunda daha yaxşı “Qəbələ” görə biləcəksiniz. Bunu indidən sizə söz verə bilərəm”.

Lüksemburqun “Proqres” klubunun baş məşqçisi Paolo Amodio isə bildirib ki, bu qələbəni haqq ediblər: “Oyun boyunca düzgün oynadıq. Sıx oynadıq. şansımızı gözlədik. Futbolda da hər zaman şans lazımdır. O bu gün biz tərəfdə idi. Komandanızın da bir neçə qol imkanı oldu, ancaq istifadə edə bilmədi.

Biz bura hazırlıqlı gəlmişdik və qələbə istəyimizə çatdıq.

İndi cavab görüşünə hazırlaşacağıq. Bizim də hazırlaşmağa, rəqib kimi, bir həftə vaxtımız olacaq.

Deyə bilmərəm ki, biz artıq ikinci raunddayıq. “Qəbələ”nin gücünü bilirik. İkinci matçda mübarizə sıfırdan başlayacaq”.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər