Azərbaycanda traktorların gecə vaxtında magistral yollarda hərəkəti qadağan edilir













“Mayın 1-dən bu günə qədər kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 10 nəfər ölüb, 22 nəfər yaralanıb”.

“Report” xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı texnikalarının magistralda qoşqularla hərəkət etməsi ciddi təhlükə yaradır: “Təsəvvür edin ki, traktor hərəkət edir, arxasında da kotan. Gecə vaxtı belə hallarda arxadan gələn digər nəqliyyat vasitəsinin sürücüsü yalnız traktoru görür. Ona görə də yol qəzaları baş verir”.

K.Əliyev qeyd edib ki, digər bir problemin də traktorların qoşqularında sərnişin daşınması ilə bağlıdır. O bildirib ki, qanunvericiliyə əsasən, traktorların qoşqularında sərnişin daşımaq qadağandır: “Bir müddət əvəl traktorun aşmaşı nəticəsində neçə nəfər həyatını itirdi. Bu baxımdan təhlükəsizlik məsələlərinə ciddi nəzarət olunmalıdır”.

K.Əliyevin sözlərinə görə, DYP rəhbərliyi traktorların və digər kənd təsərrfüatı texnikalarının gecə vaxtında magistral yollarda hərəkətinin qadağan edilməsi ilə bağlı tapşırıq verib: “Düzdür, kənd təsərrfüatı texnikalarının avtomobil yoluna çıxmaq məcburiyyətindədir. Ancaq bu cür texnikalar yola çıxarkən bizə məlumat verilsin ki, biz onu müşahidə edək, təhlükəsizliyi təmin edək. Təsəvvür edin kombaynın eni 5 metrdir. Onun hərəkəti zamanı nəzarət olunmalıdır”.

Son xəbərlər

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Bütün xəbərlər