Gözləyin, prezident pul ayırsın...














Tovuzda 110 yaşlı binanın sakinləri ölümlə göz-gözədirlər

Şərəf və ləyaqətini maddiyyata qurban verən şəxslərə rast gələndə ölkədə hələ nə qədər özbaşınalıq və məmur
qudurğanlığının mövcud olmasına inanmaq istəyirik. Çox təəssüf ki, vəzifə başına vəzifə səlahiyyətlərinin nədən
ibarət olduğunu anlamayan, vəzifə məsuliyyətinin nə olduğunu bilməyən təsadüfi adamlar da gəlir və nəticədə
cəmiyyət reallığı dövlət faktoruna istinad edə bilmir. Çünki inam itir. Buna da məhz o özbaşına və qudurğan
məmurlar səbəb yaradırlar.
Cəmiyyətimizdə saxtakarlıqlar kifayət qədərdir. Təəssüf doğuran odur ki, aidiyyəti orqanlar əksər hallarda saxtakar
tiplərə qarşı qanun çərçivəsində ciddi tədbir görmək istəmirlər. Bu da yeni cinayət məğzlərinə səbəb yaradır.
Nəticədə, xalqda dövlətə ikrah hissi baş qaldırır. Axı saxtakarlıq da xəyanət qədər bağışlanmaz haldır.
Elə Tovuzun bir qrup sakini də ərz edir ki, rayon rəhbərliyinin camaatla münasibəti ikrah hissindən başqa bir şey
deyil. Biz bu məsələyə başqa prizmadan yanaşmaq istədik, lakin qəbulunda olarkən cənab başçının muavini Mətləb Qasımov- biz kreslomuzda
zorla oturmuşuq, sosial məsələləri həll etməkdən cana doymuşuq, - deməsi bizi ayrı cürə düşünməyə vadar etdi.
Bəli, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı muavini Mətləb Qasımov da daş atdı, başın tutdu ki, biz burda pul nehrəsi çalxamırıq ey, gərək
prezident pul ayırsın ki, biz də o səslərini başlarına atmış sakinlərə ev tikə bilək.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun jurnalistlərlə görüşməyə vaxdı olmadığni ve olmayacağnı bildirdi.Qəribədir!
Təsəvvür edirsinizmi, Tovuzda vəziyyət nə qədər kritikdir? Açığı, məsul şəxslərin camaatı bu qədər bezdirmə
həddinə çatdırması heç bir bölgə üçün arzulanan hal deyil. Əgər sakinlər bu qədər dad-aman edirlərsə, deməli buna
yetərli bir səbəbləri var.
Abadlıq işinin Tovuzda da ürəkaçan olması mütləq vacibdir. Bir iş ki, quruculuğa xidmət edir, hansı səbəbdən rayon
camaatı bu qədər narazıdır? Heç ola bilməz ki, bu narazılığa bir səbəb olmasın. Təbii ki, abadlıq işi altında bütöv bir
rayonda ikibaşlı oyun gedirsə, qanuna hörmətsizlik, deyərdik xəyanət edilir. Elə redaksiyamıza şikayət ünvanlamış
Tovuz rayon Sem-zavod qəsəbəsi 9 və 10-cu korpuslarda yaşayan bir qrup sakinin də harayına bu zəmin əsas
yaradır. Ondan artıq ailənin yaşadığı binalar 110 ildən artıqdır ki, tikilib istismara verilib. Bina hazırda uçmaq
təhlükəsi ilə üz-üzədir. Sakinlər qorxa-qorxa binaya girir, orada can çəkə-çəkə yaşamağa məcbur olurlar. Bu tərəfdən
də Tovuz rayon rəhbərliyinin, aidiyyatı qurumların heç bir tədbir görməməsi vəziyyəti daha da ağırlaşdırır. Rayon
rəhbərliyinin - büdcədə pul yoxdur, nə vaxt prezident qərar verər, o zaman da sizin üçün yeni evlər tikilər, - deyib
məsuliyyətdən yaxa qurtarması vətəndaş-başçı münasibətlərinin normal qaydada olmaması anlamına gəlir.
Sakinlər bildirirlər ki, 2013-cü ildən aidiyyatı məsələ ilə əlaqədar Tovuz rayon rəhbərliyinin yalan vədləri ilə
yaşayırlar. Nə onların səsinə səs verilmir, nə də problemlə bağlı bir addım atılmır. Ancaq çıxış yolu var: məlumdur
ki, bina uçmaq təhlükəsi yaşayır, deməli, bir gün yıxılacaq, Allah eəməmiş, içindəkilər də həlak olacaq və problem
kökündən həllini tapacaq. Bununla Tovuz rayon rəhbərliyinin də canı qurtaracaq, ah-vayda qalan camaatın da.
Belə başa düşürük ki, Tovuzda məmur özbaşınalığı kritik, dözülməz hal alıb. Belə olmasaydı, rayonun rəhbərliyindən bizə
kinayə ilə deməzdi ki, - hə də, gəlmisiz, gedin o çığır-bağır salan sakinlərin problemini siz həll edin. Nə etmək olar,
jurnalist olaraq bizim işimiz vəziyyəti araşdırmaq, hadisələri təhlil etməkdir. Heç olmasa, bu yazı vasitəsilə biz
vətəndaşların bir problemini də qabartmış olduq. Gerisi vicdan yiyələrinin işidir. Buna görə deyirik: Əziz
tovuzlullar! Tənqid nə vaxtsa nəticə verir... Buna əmin olun! İnanırıq ki, cənab prezidentin haqq, ədalət şilləsi havada
oynayanda, probleminiz dərhal həllini tapacaq.
Açığı, belə qənaətə də gəlmək olar ki, Tovuzda yaşanan neqativ hallar çox qorxunc fikirlər deməyə əsas yaradır.
Təbii ki, aidiyyəti strukturlar bu məsələlərə göz yumduqları üçün sakinlər bu qanunsuzluqları birbaşa cənab
Prezidentin nəzərinə çatdırımağı bizdən xahiş edirlər.
Mövzuya yenidən qayıdacağıq.

Xəyal Imrə

Zamantv.az

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər