sosial
30.08.2018, 15:58
Zəbt olunan daha bir dayanacaq bərpa edilir 30 Avqust 2018

148 nömrəli marşrut xətti üzrə hərəkət avtobusların Zabrat qəsəbəsində yerləşən son dayanacağı qanunsuz sökülərək tikinti işlərinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AzVision.az-a bildirilib ki, agentliyin əməkdaşlarının müdaxiləsi nəticəsində tikinti işləri dayandırılıb. Hazırda sərnişinlər üçün rahat və təhlükəsiz şəraitin yaradılması istiqamətində işlər aparılır.


