sou
4.09.2018, 16:32
Yıldız Tilbenin konsertində dava

Türkiyəli müğənni Yıldız Tilbe Anklarada konsert verib. “Qafqazinfo” xəbər verir ki, musiqili gecə şəhərin Etimesgut bölgəsində reallaşıb.
Konsertin başlamasından bir neçə saat sonra zalda dava yaranıb. Tamaşaçılarla təhlükəsizlik xidməti arasında yaranan gərginlik böyüməyə başlayıb.
Əlbəyaxa dava konsert zalının xaricində də davam edib. Hadisənin baş verməsinin səbəbi hələlik məlum deyil.


