"Azərbaycan əsilli olduğumuz üçün ermənilər 16 yaşlı oğlumu casus sayır..." - FOTO




















Bu il iyul ayının 24-də Qars vilayətinin Akyaka qəsəbəsində azaraq Ermənistan sərhədini keçən və Rusiya sərhədçiləri tərəfindən tutulub ermənilərə təhvil verilən 16 yaşlı Umut Ali Özmen Yerevan həbsxanasında döyülüb.
dogruxeber.tv virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda yeniyetmənin atası Mustafa Özmen deyib.

Qars valisi Rahmi Doğanın bildirdiyinə görə yeniyetmənin geri qaytarılması üçün İnterpol üzərindən danışıqlar gedir. İnterpolun Türkiyə bürosu bu həftənin əvvəlində Ermənistan İnterpolu ilə təmas qurub, gözlənilir ki, gələn həftənin əvvəllərində Umut buraxılacaq və Türkiyəyə qaytarılacaq.

Yeniyetmənin atası Mustafa Özmen isə bildirib ki, peşə məktəbinin ikinci sinfində təhsil alan oğlu Kiçik Durduran kəndinin yaylağında heyvan otararkən qarşıdakı təpənin arxasında nə olduğu ilə maraqlanıb. Bu vaxt bilmədən Ermənistan sərhədini keçib. Həmin vaxt yaxınlıqda taxıl biçən erməni bu haqda sərhədçilərə xəbər verib. Rusiya əsgərləri gəlib və yeniyetmə qorxaraq uzaqlaşıb, daha sonra əsgərlərə təslim olub. Onu Yerevanda həbsxanaya salıblar.
Vali Doğan deyib ki, gəncin Ermənistana keçməsindən xəbər tutan kimi bu ölkənin rəsmi məqamları ilə əlaqə saxlayıblar. Erməni tərəfi isə məsələnin diplomatik yolla həll olunacağını deyiblər. Bildiriblər ki, məsələnin "başqa tərəfləri də var". Nəticədə Türkiyə XİN-ə və Daxili İşlər Nazirliyinə müraciət edilib. İşə İnterpolun Türkiyə bürosu qoşulub.

"Sərhədi icazəsiz keçmə faktı var, amma sonda söhbət 18 yaşından kiçik birindən gedir. Normal halda biz bu cür icazəsiz sərhəd keçişlərini iki ölkə rəsmi məqamları arasında görüşmələrlə həll edə bilirdik. Amma bu dəfə Ermənistan məsələnin diplomatik yolla həllini tələb edib"-vali deyib.

Mustafa Özmenin bildirdiyinə görə, o Yerevana gedərək oğlu ilə həbsxanada görüşüb. O deyib ki, Azərbaycan əsilli olduqları üçün ermənilər oğlunun "casus olmasından" şübhələnir.

"Mən oğlumla görüşənə qədər sağlıq durumu normal idi. Amma mən qayıtdıqdan sonra uşağı iki dəfə döyüblər, yumruqla, təpiklə vurublar. Ankarada olduğum üçün qayıda bilmədim, amma indi dövlətimizdən yardım istəyirəm"-Mustafa Özmen bildirib.


"Azərbaycan əsilli olduğumuz üçün ermənilər 16 yaşlı oğlumu casus sayır..." - FOTO

Son xəbərlər

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bütün xəbərlər