“Diplomatik, siyasi və hərbi şərtlər Azərbaycan liderinin istədiyi səmt üzrə inkişaf edir” – Deputat













“Son illərdə ordu dövlət siyasətinin önünə çıxıb. 2016-cı ilin aprel döyüşlərindən sonra böyük fasilələrlə keçən Qarabağ danışıqları Ermənistandakı inqilabın nəticəsi ilə faktiki olaraq, tamamilə iflasa uğrayıb”.
Mia.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, hadisələrin belə gedişi Azərbaycanın maraqlarının xeyrinə işləyir. Ən azı o səbəbə görə ki, uzun illər yalnız Minsk formatında dəyişən beynəlxalq konyunkturanı gözləyib irəliləyişə ümid bəsləmək Azərbaycanı daha çox xarici dairələrin rəyi ilə hesablaşmağa vadar edirdi və belədə qarşı tərəf Fransa, ABŞ və Rusiya arasındakı ziddiyətlərdən müəyyən qədər faydalanmağı bacarırdı:
“İndi isə Paşinyan hələ də küçə üsyanının təsiri altında özü də bilmədən danışqılar prosesini boykot elərək, ənənəvi müstəvini sındırıb və regionu əldə saxlayan kənar oyunçuların konflikti monopoliyada tutmasına böyük zərbə vurub. Doğrusu, bunu əvvəllər ağıla gətirmək qeyri-mümkün idi.
Kiminsə şübhəsi yoxdur ki, 1-ci Qarabağ müharibəsinin nəticələrini dəyişdirmək üçün 90-cı illərin ortalarında formalaşan formatın səmərəsizliyi maksimum 10 ildən sonra tam sübuta yetirilmişdi və onu ləğv etməkdən, yeniləməkdən ötrü mütləq İrəvanda səhra komandirlərinin hakimiyyətinə son qoyulmalıydı. İndi prezident İlham Əliyev bütün regional dövlətlərlə yaxşı siyasi-hərbi əlaqələr quraraq, tarixdə heç vaxt olmayacaq dərəcədə uğurlu bir uzlaşma platformasını formalaşdırmağa nail olub.
Təsəvvürə gətirirsizmi, İran, Türkiyə, Rusiya ilə əlaqələrimiz, o cümlədən, həmin dövlətlərin arasındakı ittifaqlar son 30 ildə heç vaxt indiki qədər yaxşı olmayıb”.
Zahid Orucun sözlərinə görə, İlham Əliyev Ermənistanın daxili siyasi böhran şəraitində bütün anti-Paşinyançıların birlşərək yeni hökuməti yıxmaq istəməsində Qarabağ faktoruna əl ata biləcəklərini çox ustalıqla nəzərə alır: “Vaxtilə biz məhz bu səbəbdən uduzmuşduq. İndi qarışıqlığın episentri İrəvana keçib. Diplomatik, siyasi və hərbi şərtlər Azərbaycan liderinin istədiyi səmt üzrə inkişaf edir və məhz belə bir şəraitdə Ali Baş Komandanın övladı, müasir dövlətimizin qurucu atasının adını daşıyan oğul Heydər Əliyev hərbi mündirdə 10 milyonluq xalqın önündə şərəf və ləyaqətlə addımlayır, Silahlı Qüvvələrin cərgəsində Vətənə sədaqət andı içir.
Doğrudur, prezident övladının müqəddəs əsgər libası geyən sadə azərbaycanlı oğulları ilə çiyin-çiyinə dayanması milli ruhu yüksəldən bir hadisədir və bütün həyatını güclü dövlət qurmağa həsr edən bir liderin təkcə qanunlara ehtiramı yox, həm də xalqın sabahı ilə öz balalarının taleyini necə bir sırada gördüyünün əyani sübutudur.
Nümunəvidir, qürur doğurucudur və dövlət-vətəndaş bağlarını möhkəmləndirən rəhbərin təkcə siyasi deyil, insani xarakterini də təyin etmək üçün görk hadisəsidir”.

Son xəbərlər

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Bütün xəbərlər