idman
7.10.2018, 11:04
"Real Madrid" səfərdə "Deportivo"ya məğlub olub

Oktyabrın 6-da İspaniya La Liqasının 8-ci turuna start verilib.
Turun gözlənilməz hesabı "Mendizorroza" stadionunda qeydə alınıb. "Real Madrid" klubu səfərdə "Deportivo Alaves" komandasının qonağı olub. Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda yeganə qolun müəllifi 90-cı dəqiqədə Manu Qarsiya olub.
Madrid təmsilçisinin əzəli rəqibi "Barselona" oktyabrın 7-də doğma meydanda "Valensiya" klubu ilə qarşılaşacaq.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:/Xezerxeber.az
"Atletik Bilbao" - "Real Sosyedad" - 1:3
"Girona" - "Eybar" - 2:3
"Xetafe" - "Levante" - 0:1.


