"MedEra"da həkimlər arasında DAVA - Xəstəni səhv müalicə etdiyinə görə (FOTO)




Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə ekspert kimi çıxan həkimdən daha bir vətəndaş şikayətçidir

Unikal.org-a müraciət edən vətəndaş Əliyev Pərvin Elbrus oğlu "MedEra" Hospitalın Neyrocərrahı Əliosman Qədimbəylinin onun 18 yaşlı bacısı qızı Aysel Mərdanovanı səhv müalicə etdiyini iddia edir:

"Bacımgil Zərdabda qalır, çox kasıb ailələri var. İmkanları olmadığına görə xəstə olan bacım qızını "MedEra" Hospitala gətirdim. Əliosman Qədimbəylinin qəbuluna yazıldıq. Məndən bacım qızını bütün analizlərdən keçirməyi tələb etdi. MRT və digər müayinələrdən keçirəndən sonra ona dərman yazdı. Analizlərə hardasa 1200 manata qədər pul xərclədim. 250 manat da əlavə pul ödəyib dərmanlar aldım. Yenidən xəstəyə lazer yazdı. Xəstəmizdə heç bir irəliləyiş olmadığı üçün Əliosman Qədimbəyli həkimin qəbuluna gəldik. Təkrar həmin müayinələrdən keçirdi və yenidən 250 manatlıq resept yazdı. Bacım qızının vəziyyəti pisləşəndən sonra növbəti dəfə "MedEra"ya gəldik. Kamran həkim baxıb "Bunu Əliosman həkim deyil, Ehtiram Alişanov müalicə etməlidir" dedi. Alişanovun yanına getdim. O, da baş həkimlə dalaşdı ki, bunu Əliosman müalicə etməməlidir. Bu xəstəni niyə onun yanına göndərmisiniz?Alişanov bizə ucuz dərman yazdı. Eyni xəstəxanada müxtəlif həkimlər bir-birini təkzib etdi. Alişanov Əliosmanla dalaşıb, "bu xəstəyə niyə bu müalicəni yazmısan?" deyə qışqırdı. Bu epilepsiya xəstəsidir, buna şüa veriblər. Amma sonradan bir neçə həkimə getmişik. Bütün həkimlər deyir ki, epilepsiya xəstəsinə şüa olmaz. Xəstəyə yazdığı dərmanların heç birini bacımın qızına vermək olmazmış. Xəstəxananın baş həkiminin yanına gedib, müraciət etdim, amma Lalə xanım və Əliosman həkim mənə "get hara şikayət edirsən et" dedi. Ümumimilikdə 3-4000 manat analizlərə və müalicəyə pulum çıxıb. İndi mən "MedEra" Hospitala ödədiyim pullarımı tələb edirəm. Çünki Əliosman Qədimbəylinin müalicəsinin xəstəmizə heç bir müsbət təsiri olmayıb. Əksinə bacım qızının vəziyyəti daha da pisləşib".

Şikayətçi onu da əlvə edib ki, bacısı qızının "MedEra" Hospitalına müalicə olunması üçün Bakıda 1 aylıq kirayə də tutub: "Müalicələrdən əlavə, burada kirayə, yemək, müalicələr üçün hər dəfə "MedEra" Hospitala gedib-gəlmək üçün də ən azı 1000 manatdan artıq pul xərcləmişəm".
"MedEra"da həkimlər arasında DAVA - Xəstəni səhv müalicə etdiyinə görə (FOTO)
"MedEra"da həkimlər arasında DAVA - Xəstəni səhv müalicə etdiyinə görə (FOTO)
"MedEra"da həkimlər arasında DAVA - Xəstəni səhv müalicə etdiyinə görə (FOTO)
"MedEra"da həkimlər arasında DAVA - Xəstəni səhv müalicə etdiyinə görə (FOTO)

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər