hadise
23.10.2018, 11:06
Dərbənddə üç azərbaycanlı öldü

Dağıstanda, Dərbənddə, çoxmərtəbəli bir binanın tikintisində üç nəfər cəsəd tapıldı. İnsanlar hündürlükdən düşüblər.
Hazırda hüquq mühafizə orqanlarının nümayəndələri hadisənin bütün hallarını araşdırırlar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumdur ki, ölülər Azərbaycan vətəndaşlarıdır.


