dunya
30.10.2018
Nigeriyada hərbçilər müsəlmanları atəşə tutdu
![]()
Nigeriya hərbçiləri dini liderlərinin azadlığa çıxmasını tələb edən şiə müsəlmanlarını atəşə tutublar.
"Nigeriya İslam hərəkatı”nın tərəfdarları 2015-ci ildə həbs olunmuş İbrahim Zakzakinin azadlığa buraxılması üçün paytaxt Abudcada aksiyaya başlayıblar.
Ancaq hərbçilər gözlənilmədən onlara atəş açmağa başlayıblar. Nəticədə çoxlu ölən və yaralananın olduğu bildirilsə də, dəqiq rəqəmlər göstərilmir./“Qafqazinfo”


