Kimlər gəlir vergisi ödəməyəcək?











"Təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək”.

Bu barədə iqtisadçı Vüqar Bayramov məlumat verib.

O bildirib ki, güzəştlər 7 il müddətində qüvvədə olacaq: "8min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də, sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırki gəlir vergisi dərəcəsindən az olacaq, amma onun iki rəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək”.

Ekspert həmçinin, xidməti müqavilə ilə bağlı hazırlanan yeni qaydalara da aydınlıq gətirib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni qaydalar əmək müqavilələri kimi xidməti müqavilələri ilə çalışanların siyahısı elektron şəkildə hazırlanacaq. Yəni, xidməti müqavilələr də elektronlaşacaq. Təklifə əsasən, eyni müəssisədə ardıcıl və xidməti müqavilə ilə çalışan işçilər əmək müqaviləsi ilə işləyəcəklər. Onlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Məsələn, eyni müəssisədə standard iş qrafikinə uyğun olaraq 1 il ardıcıl çalışan vətəndaşlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Bu qaydalar qəbul olunarsa xidməti müqavilə ilə çallşanların sayının kəskin azalacağı və həmin şəxslərin daha çox məcburi ödəniş edəcəyi gözlənilir”.

O, həmçinin, Dünya Bankının 2019-cu il üçün "Bizneslə Məşğul olmaq" hesabatında Azərbaycanın mövqeynin kəskin yaxşılaşmasına da münasibət bildirib:
"Bankın hesabatına əsasən, Azərbaycan bu ilki qiymətləndirmədə dünya üzrə 25-ci yerdədir və qlobal olaraq ən islahatçı 10 ölkə siyahısına daxildir. Siyahıda ölkəmiz MDB dövlətləri arasında ən yaxşı göstəriciyə malikdir. Hesabata görə, Azərbaycan 2017/2018-ci illərdə 8 islahat həyata keçirərək tədirlərin sayına görə ilk onluqda birincidir. Türkiyə 7 islahat ilə ikincidir. Dünya Bankının qiymətləndirmələrinə görə, bura tikinti üçün icaizənin verilməsi üçün bir pəncərə sisteminin formalaşması, elektrik əldə etmək üçün ASAN xidmətdən faydalanmaq imkanının yaranması, yeni kredit bürosunun yaradılması, əmlak qeydiyyatının asanlaşması kimi fəaliyyətlər daxildir”./BakuPost

Son xəbərlər

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

Bütün xəbərlər