Sahibkarlara şad xəbər; məcburi dövlət sosial sığorta haqları azaldılır










Məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi ilə bağlı islahat aparılacaq.

dogruxeber.tv report-a istinadən xəbər verir ki, məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb.


Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyənlərə münasibətdə sosial sığorta haqqı dərəcəsinin aylıq gəlir məbləği 200 manatadək olduqda işçi üzrə 3%, işəgötürən üzrə 22%, aylıq gəlir məbləği 200 manatdan çox olduqda isə işçi üzrə 6 manat və 200 manatdan yuxarı olan hissəsinin 10%-i, işəgötürən üzrə 44 manat və 200 manatdan yuxarı olan hissəsinin 15%-i həddində müəyyənləşdirilməsi nəzərdə tutulub.



“Təklif olunan islahatın tətbiqi nəticəsində dövlət büdcəsinin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların ilkin olaraq azalması ehtimal olunur.



Bununla belə, növbəti illərdə iqtisadi fəaliyyətin stimullaşdırılması, iş yerlərinin “kölgədən çıxması” və müvafiq olaraq ödənilən əmək haqlarının şəffaflaşdırılması, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi hesabına həmin azalmanın aradan qaldırılmasına və bedcə daxilolmalarının artaraq mövcud səviyyəni üstələməsinə şərait yaranacaq”, - deyə büdcə zərfində vurğulanıb.



Büdcə zərfinin ilkin layihəsində qeyd olunub ki, həyata keçirilən islahatla sosial sığorta və işsizlikdən sığorta haqlarının vaxtında və tam həcmdə hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanları tərəfindən təmin ediləcək.

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər