iqtisadiyyat
8.11.2018
“Bundan sonra sığortanı da, vergini də bir qurum yığacaq”

“Ölkədə 1 milyondan çox qeyri-leqal məşğulluq var. Bunun sığortaya cəlb olunması gözlənilir”.
Bunu parlamentin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O, bildirib ki, buna görə də sahibkarlar üçün sığorta faizinin aşağı düşməsi gözlənilir: “Ehtimal var ki, bu rəqəm pensiya ödəməyə çatmasın. Bundan sonra sığortanı da, vergini də bir qurum yığacaq. Bunu da Vergilər Nazirliyi həyata keçirəcək”.


