sosial
8.12.2018, 10:07
Gəncədə 40 yaşlı kişi itkin düşüb
![]()
Gəncə şəhərində hərbi mehmanxanada yaşayan şəxs itkin düşüb.
Hərbi Şəhərcik 38 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Şirin Muxtarov polisə müraciət edərək bu barədə məlumat verib. O bildirib ki, qonşu mənzildə yaşayan özündən 2 yaş böyük qardaşı Tahir Muxtarov dekabrın 7-də evdən çıxıb gedib və geri qayıtmayıb.
İtkin düşən T.Muxtarov 171 sm boyunda, orta kök bədən quruluşuna malik şəxsdir. Evdən çıxarkən onun əynində cins şalvar və qara rəngli qış gödəkçəsi olub.
Faktla bağlı araşdırma aparılır.“Qafqazinfo”


