idman
14.12.2018
"Qarabağ" son oyunda "Arsenal"a məğlub oldu

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
Təmsilçimiz “Qarabağ” turnirdə bu mövsüm sonuncu oyununu keçirib. Qrupdan çıxmaq şansını itirən Ağdam təmsilçisi 6-cı turda London “Arsenal”ının qonağı olub. Formal xarakter daşıyan görüşdə “Qarabağ” 0:1 hesabı ilə uduzub.
Qrupun digər oyununda “Sportinq” “Vorskla”ya qalib gəlib - 3:0.
"Arsenal" qrup birincisi, "Sportinq" ikinci olaraq növbəti mərhələyə yüksəlib. "Vorskla" üçüncü, "Qarabağ" isə qrup sonuncusu olub.


