Cəlilabad Dezinfeksiya stansiyası işçilərinin əməkhaqqı kartları kimlərin cibindədir?




















Bölgələrdə müxtəlif dövlət qurumlarında yenə də özbaşınalıqlar davam edir. dogruxeber.tv informasiya agentliyinin redaksiyasına hər gün müxtəlif şəkildə şikayət və müraciətlər daxil olur. Vətəndaşların haqlarının tapdalanması, onların şəxsiyyətlərinin alçaldılması, müraciətlərinə baxılmaması kimi şikayətlər aşırı dərəcədə özünü büruzə verir. Növbəti şikayət isə Cəlilabad rayonundan Əliyev Rafiq tərəfindən redaksiyamıza daxil olmuşdur. Daxil olan video materialda vətəndaşınm iddiaları həqiqətdirsə o zaman deməli evdə oturaraq da böyük məbləğdə gəlir əldə etmək olar. Məsələn hər hans bir idarənin rəhbərisən və işçiləri işdən qeyri rəsmi olaraq azad edirsən. Işçilər işdən çıxır ancaq sənəddə hələ də işlədikləri göstərilir. Onlara dövlət tərəfindən maaş ayrılır ancaq maaş yalnız bir nəfərin cibinə gedir. Qurulan bu “rahat yolla pul əldə etmək” taktikasından bir nəfər qazanc götürür—müəssisə rəhbəri. Vətəndaşın iddiasına görə bu strateji yolla öz qazancını əldə edənlərdən biri də Cəlilabad rayonundakı Dezinfeksiya Stansiyasının rəhbəri Mahir adlı həkimdir. Deyilənə əsasən həmin həkim işçiləri idarədən çıxarıb əmək haqqı kartlarını öz cibinəqoyur. Hər ay karta vurulan maaşı da elə məhz özü götürür. 20 nəfər işçinin hər birinin minimum 150 Azn-dən maaşlarını hesablasaq ən azı 3000 manat pul edir. Bu özbaşınalıqları bu qədər rahat şəkildə necə edirlər görəsən? Hər rayon üzrə təyin olunan icra başçısı bu kimi məsələlərə xüsusilə diqqət ayırmalı olduğu halda niyə onun diqqətindən kənarda qalır? Rayonda yerləşən bəzi dövlət müəssisələri icra hakiminin bu laqeydliyindən aşırı dərəcədə istifadə edir. Sanki dövlət müəssisəsi onların şəxsi əmlakı və ya qurduqları şəxsi biznesidir. Sakinin dediyinə görə Mahir həkim ürəyi istədiyi vaxtı müəssisəyə gəlirsə o zaman o müəssisə niyə və nə üçün fəaliyyət göstərir? Xüsusilə də işçiləri çıxarıbsa fəaliyyətinin heç bir önəmi qalmır. Boş-boşuna dövlət tərəfindən pullar bir nəfərin cibinə daxil olur. Rayon icra hakimiyyəti bu mələdən xəbərdardısa və buna qəsdən göz yumursa deməli əldə olunan gəlir məhz iki nəfər—Mahir həkim və Cəlilabad Rayon icra başçısı Zeynalov Namiq arasında bölünür. Yox əgər pul yalnız Mahir həkimin cibinə gedirsə yenə də bu neqativ və çirkin işlərin həyata keçirilməsində icra hakiminin də günahı var. Çünki icra başçısı olduğu rayonda hər hansı bir qanunsuz əməllərə yol verən müəssisə rəhbərlərinin fəaliyyətinə görə o məsuliyyət daşıyır. Bu o deməkdir ki rayona ciddi nəzarət olunmur.
P.S dogruxeber.tv informasiya agentliyi olaraq əməkdaşlarımız Cəlilabad rayon Dezinfeksiya stansiyasının baş həkimi Mahir doktorla telefon əlaqəsi saxladı. Təəssüflər olsun ki, baş həkim verdiyimiz siuallara cavab verməkdən yayındı.





Son xəbərlər

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bütün xəbərlər