hadise
15.01.2019, 09:42
“Mercedes” velosipedlə toqquşdu - ölən və yaralanan var

Ağdaş rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv"Report"a istinadən xəbər verir ki, hadisə Mürsəl kəndi yaxınlığından keçən magistral yolda baş verib.
Belə ki, “Mercedes” markalı minik avtomobili velosipedlə toqquşub. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü velosipedçi Osmanov Məhəmməd Rəşid oğlu yerində ölüb. 1971-ci il təvəllüdlü Abdullayev Elçin Rza oğlu isə ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb.


