Səməd Seyidov: “Bəzi deputatlar Azərbaycanın imicinə xələl gətirmək istəyirlər”













Azərbaycana qonşu dövlətlərdən - Gürcüstan və Ermənistandan söhbət getdiyi üçün ölkəmlə bağlı məlumat vermək istərdim.

Bu gün səhər Azərbaycan üzrə həmməruzəçi S.Şenakın debatlarda söylədikləri ilə bağlı fikrimi bildirmək istəyirəm. Onun dediklərindən məyus olduğumu bildirir və buna təəssüf edirəm. Onun, eləcə də bəzilərinin Mehman Hüseynov məsələsindən istifadə edərək, ölkəmizə qarşı hücum mövqeyi tutması, imicinə xələl gətirmək istəmələri təəssüf doğurur.
dogruxeber.tv Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyası çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatla bağlı müzakirələr zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

O qeyd edib ki, M.Hüseynov Azərbaycan Prezidentinə müraciət edərək, onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib. Eləcə də bir qrup insan hüquqları müdafiəçisi Azərbaycan Prezidentinə eyni müraciəti edib. Bu müraciətlər Prezidentə çatdırılıb.

“Bu gün Prezident həmin müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.

Bu fürsətdən istifadə edib, AŞPA-dakı həmkarlarıma, eləcə də Avropa Şurasının bəzi məmurlarına təşəkkür edirəm ki, Azərbaycanla kommunikasiya yaradaraq, real vəziyyəti aydınlaşdırmağa cəhd göstərdilər. Ancaq təəssüf olsun ki, bəziləri məsələnin əsl məziyyətini bilmədən emosiyalara üstünlük verdilər. Azərbaycana qarşı belə mövqelər qəbuledilməzdir.

İnanıram ki, Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq gələcəkdə daha da məhsuldar olacaq”, - deyə S.Seyidov diqqətə çatdırıb.

Son xəbərlər

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Bütün xəbərlər