dunya
23.01.2019
Polisdən əməliyyat: hücum planlaşdıranlar həbs edilib - VİDEO + FOTO

ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib.
Bu barədə dogruxeber.tv WHEC telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, onlar Roçester şəhərində həbs olunublar. Saxlanılanlar 18-20 yaşlarında üç kişi və 16 yaşlı gəncdir. Onlar müsəlmanların yaşadığı, Nyu-York ştatındakı İslamberq qəsəbəsinə hücum hazırlığında ittiham edilirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı şübhəli şəxslərdə bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlayıb. Həbs edilənlərə qarşı sui-qəsd və silah saxlama maddələri üzrə ittihamlar irəli sürülüb


