“Azərenerji”də kütləvi ixtisar? - Qurumdan AÇIQLAMA




















“Bəzi xəbər saytlarında “Azərenerji” ASC-də kütləvi ixtisarların aparılması və bunun qanunsuz olması ilə bağlı məlumatlar verilib. Əslində isə ötən ilin iyul ayında Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verən qəzadan sonra yaradılan Dövlət Komissiyasının yekun rəyinə əsasən bu müəssisədəki mühafizə postlarından 3-ü ləğv edilərək, nəzarəti həyata keçirmək mühafizə polisinə həvalə edilib. Eyni zamanda hazırda stansiyada perimetr boyu ağıllı kamera və hasarlama işinə başlanılıb”.

Bunu açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi Teymur Abdullayev deyib.

O bildirib ki, “Mingəçevir” Su Elektrik Stansiyasının 2 hissəsini və Mingəçevir Su Anbarını, o cümlədən “Varvara” Su Elektrik Stansiyasını Fövqəladə Hallar Nazirliyi qoruduğu üçün daxildə eyni işi görən mühafizə dəstəsini ən azı ixtisar etməyə ehtiyac vardı:

“Bütün bunlara görə də, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq bir hissə mühafizəçi ştatı ixtisar edilib. Eyni zamanda ixtisara düşən mühafizəçilərə stansiyalarda müvafiq işlər təklif edilib və onların əksəriyyəti bununla razılaşıblar.

Ötən ilin iyulunda baş verən hadisələrdən əvvəl stansiyaların ərazisini mühafizəçilər müşahidə edirdi. İndi isə bütün hər yerdə olduğu kimi, “Azərenerji” ASC-də də ağıllı kamera sistemi qurulur. “Azərbaycan” İES başda olmaqla elektrik stansiyaları strateji obyektlərdir və onların mühafizəsi olduqca mühüm məsələdir. Bu səbəbdən də müasir texnologiyalar əsasında mühafizə və müşahidə sistemini təşkil etmək, mühafizə dəstələrini optimallaşdırıb daha çevik formaya gətirmək günün tələbidir.

“Azərenerji” ASC-nin mərkəzi aparatında təmir işlərinin aparılması ilə bağlı mətbuatda yayılan məlumatlara gəldikdə isə təmir mərkəzi aparatda deyil Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda aparılır. Sovet dövründə tikilən və yararsız hala düşən bu binada nəinki elmi fəaliyyət, heç normal iş şəraiti mövcud deyil. Bu səbəbdən də institutda təmir işlərinə başlanılıb və yaxın zamanlarda həmin bina müasir standartlara uyğun səviyyəyə gətiriləcək”. Unikal.org

Oxunub: 744

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər