Bakıda 22 yaşlı müəllimə qəfil öldü – FOTO



















Bakıda orta məktəbdə çalışan gənc müəllimə qəfil dünyasını dəyişib.

dogruxeber.tv Baku.ws-ə istinadən xəbər verir ki, hadisə martın 4-də qeydə alınıb. Belə ki, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbində çalışan 22 yaşlı Gülnar Balarza qızı Əliyeva dünyasını dəyişib.

Hadisə səhər saat 4-də 3 saylı Sabunçu xəstəxanasında baş verib. Ondan bir gün əvvəl, martın 3-də Gülnar Əliyevanın dərs zamanı halı pisləşib.

Dərhal onun üçün təcili yardım çağırılıb. Həkimlərin köməyilə müəlliməni xəstəxanaya aparıblar. Axşam saatlarında Gülnar Əliyevanın vəziyyəti yaxşılaşıb və evə buraxılıb.

Martın 3-dən 4-nə keçən gecə isə onun halı yenidən pisləşib və 3 saylı Sabunçu Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq səhər saatlarında onun həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, Gülnar Əliyeva fiziki tərbiyə müəllimi işləyirdi. Gənc kadr olmasına baxmayaraq, məktəbdə onun böyük hörməti olub. Məktəb direktoru Azər Ələkbərov BAKU.WS-ə bildirib ki, Gülnar Əliyeva işinə məsuliyyətli və bacarıqlı müəllimə idi.

“Keçən tədris ilindən məktəbimizdə açıq dərs elan olunmuşdu. Onun üçün də açıq dərs təyin etmişdi. Əvvəlcə həyəcanlı idi. Lakin onun açıq dərsi yüksək səviyyədə keçdi. O, həm də 8 Ə sinifinin sinif rəhbəri idi”, - deyə Azər Ələkbərov bildirib.

Gülnar Əliyeva məktəbdə dəfələrlə yarışlar təşkil edib. Şagirdlər də onun xətrini çox istəyirdi. Məktəbdə onun ölümü ilə bağlı guşə yaradılıb. Onun şagirdləri şagirdlər sevimli müəllimlərinə vida sözlərini yazaraq həmin guşayə qoyublar. Sonradan həmin məktublar Gülnar Əliyevanın atasına verilib.

Qeyd edək ki, Gülnar Əliyeva 5 ay əvvəl ailə qurub. Onun həmişə aşağı təzyiqdən əziyyət çəkdiyi bildirilir.

Bakıda 22 yaşlı müəllimə qəfil öldü – FOTO

Oxunub: 1 301

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər