hadise
18.03.2019
Bakıda külək binanın fasadını uçurdu - FOTO

Bakıda çoxmərtəbəli yaşayış binasının fasadı uçub.
dogruxeber.tv ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Güclü külək çoxmərtəbəli yaşayış binasının fasadını uçurub. Dağıntılar binanın həyətində olan “Mitsubishi” markalı avtomobillərin üzərinə düşüb. Nəticədə maşına ciddi ziyan dəyib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.




