hadise
22.04.2019, 08:05
Bakıda it azyaşlının yanağını parçaladı

Paytaxtda azyaşlı itin hücumuna məruz qalaraq xəsarət alıb.
Hadisə Binəqədi rayonunda baş verib.
Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. Heyvan azyaşlının yanağını parçalayıb.
Azyaşlı əvvəlcə Xocahəsən xəstəxanasına, sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.
Onun müalicəsi davam edir.Report


