Ruhi xəstə qəbiristanlıqda adam öldürdü - Təfərrüat












Urfan Həsənov aldığı zərbədən hadisə yerindəcə dünyasını dəyişib

Masallı rayonunda qəbiristanlıqda qətl törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü İlqar Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İlqar Camalov Masallı rayonunun Mollaoba kənd sakin Urfan Həsənovun onun barəsində müxtəlif şəxslərə təhqiramiz sözlər danışaraq şəxsiyyətinin alçaltdığını ehtimal edib.

Bundan qəzəblənən İlqar Urfanı öldürmək fikrinə düşüb. Bu səbəbdən 7 aprel 2018-ci ildə səhər saatlarında yaşadığı Sumqayıtdan Mollaoba kəndində yaşayan valideynlərinin yanına gəlib. Ertəsi gün səhər saat 9 radələrində valideynlərinin yaşadığı evdən bıçaq götürüb və kənd ərazisində Urfanı axtarıb.

Onlar kənd məscidinin yanında rastlaşıblar. İlqar söhbət etmək bəhanəsi ilə Urfanı kənd qəbiristanlığına aparıb.

İlqar orada Urfanla üz-üzə dayanıb, sonra heç bir söz demədən üzərindəki bıçaqla onun ürək nahiyəsinə zərbə vurub.

Urfan Həsənov aldığı zərbədən hadisə yerindəcə dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən İlqar Camalovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmə İlqar Camalovun barəsində ittihamedici hökm çıxarılmayıb. Buna səbəb İlqar Camalovun ruhi xəstə olduğu göstərilib. Qatilin cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə hökm çıxarılıb.

Anlaqsız vəziyyətdə cinayət törətmiş İlqar Camalova ixtisaslaşdırılmış psixatriyastasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

Qərarın icrasının Bakı İstintaq Təcridxanasına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun qızı Mehriban Həsənova apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cəzalandırılmasını istəyib.

Zərərçəkmiş tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Əliyevin sədrlik etdiyi kollegiyada apelyasiya şikayəti təmin olunmayıb.(teleqraf.com)

Son xəbərlər

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bütün xəbərlər