“Azərişıq”da Ramil Yusifovun qaranlıq kadr əməliyyatları – İttiham







“Azərişıq” ASC-nin sədri Baba Rzayev “Azərenerji” ASC-yə prezident təyin ediləndən bəri onun keçmiş vəzifəsinə təyinat olmayıb.

Hələ ötən il sentyabrın 4-də ölkə prezidentinin sərəncamı ilə Etibar Pirverdiyev “Azərenerji”nin rəhbəri vəzifəsindən azad olunub. Onun yerinə prezidentin digər sərəncamı ilə “Azərişıq” sədri Balababa Rzayev təyin edilib. Artıq 8 aya yaxındır ki, “Azərişıq” sədri postuna təyinat aparılmayıb.

B.Rzayevin təyinatından sonra cəmiyyətdə “Azərişıq” ASC-nin də yenidən “Azərenerji”yə birləşdiriləcəyinə dair məlumatlar yayılsa da sonradan prosesin uzanması gəzən söhbələri arxa plana keçirdi. Düzdür yaxınlara qədər demək olar ki, adıçəkilən qurumda heç bir kadr islahatı həyata keçirilməsə də son günlər artıq sükut pozulub. Belə ki, etibarlı mənbələrdən aldığımız məlumata görə “Azərişıq”da müəmmalı kadr yerdəyişmələri həyata keçırilir. Daxil olan məlumatlarda bildirilir ki, sedr əvəzi Vüqar Əhmədov “güclü” kadr islahatlarına start verib. “Azərişıq”ın Qazax rayon şöbəsinin sədrini Ağstafaya, Ağstafa rayon şöbəsinin sədrini Gədəbəyə, Gədəbəy rayonununkunu Qazağa, Daşkəsəni Samuxa, Samux rayon şöbəsinin sədrini isə Daşkəsənə göndərib. Etibarlı mənbənin bildirdiyinə gorə bütün bunlar Vüqar Əhmədovun əmri ilə həyata keçirilsə də onun nə baş verdiyindən xəbəri yoxdur. Bildirildiyinə görə bütün bu “islahatlar”in arxasinda Azərişığın satış departamentinin rəis müavini Rauf adlı şəxslə “Azərişıq”in sədr müavini Ramil Yusifov dayanır. Həmçinin o da bildirilir ki, bu şəxslər keçmiş sədr Baba Rzayevin yaxin adamlarıdır. Araşdirmalarımız zamani o da məlum oldu ki, son kadr islahatları zamanı bütün rəhbər postlara kadrlar “Azərişıq” ASC-nin Nəsimi rayon şöbəsindən təyinatlar aparılır. Daha doğrusu kadrlar bu şöbədən gətirilir. Bütün bu müəmmalı kadr “islahatlarının” və yerdəyişmələrinin arxasıda gizlənən mətləblərdən görəsən sədr əvəzi Vüqar Əhmədovun xəbəri varmı?

Görəsən Vüqar Əhmədov həm də niyə bütün kadrların Nəsimi Rayon şöbəsindən gətirilməsinin fərqindədirmi?

Raufla Ramil Yusifovu birləşdirən “dəyər” nədir?

Bütün bu suallara cavab aramaq məqsədilə “Azərişıq” ASC-yə edilən bütün zənglərimiz cavabsiz qaldığından araşdırmalarımız davam edəcək.

Qarşı tərəfin mövqeyini dinləməyə haziriq.

Elchi.az

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər