gundem / dunya
12.05.2019
ABŞ İrana bu cür cavab verəcək - Pompeodan növbəti hədə

Vaşinqton İranın düşmən fəaliyyətlərinə qarşı cavab tədbirləri hazırlayır.
dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo danışıb.
"Prezident Tramp bunu açıq şəkildə göstərdi. Bizim cavabımız adekvat olacaq. Məqsədimiz müharibə deyil, İran rejiminin davranışını dəyişməkdir", - Pompeo bildirib.
Onun sözlərinə görə, ABŞ Yaxın Şərqdə İrana görə qüvvələrini artırır.Pompeo həmçinin Vaşinqtonun Tehranla məsləhətləşmələrə başlamağa hazır olduğunu qeyd edib.


