hadise
23.06.2019
İranda ABŞ-a casusluq edən edam olundu

İranda ABŞ-a casusluq edən Cəlal Hacı Zavar adlı şəxs edam edilib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
"Müqavilə əsasında Müdafiə Nazirliyində işləyən və ABŞ hökumətinin xeyrinə casusluq edən keçmiş əməkdaşın asılması barədə qərar icra olunub", - deyə məlumatda bildirilir.
Sözügedən şəxs 2010-2011-ci illərdə MKİ-yə gizli məlumatlar ötürüb.


