sou
27.06.2019
Rus müğənni hovuz kənarından yarıçılpaq şəklini paylaşdı

Rusiyalı müğənni Anna Sedokova Yunanıstanda istirahət edir.
dogruxeber.tv ölkə.az-a istinadən bildirir ki, Anna hovuz kənarında çəkdirdiyi fotonu İnstaqram səhifəsində paylaşıb. Amma izləyiciləri onun bu fotosunu təhqir kimi qəbul ediblər. Məsələ burasındadır ki, Anna fotoda arxasını fotoqrafa tərəf çevirib.
O, fotoya "Bəzən yeganə çıxış yolu irəli getməkdir. Ətrafa baxmayaraq, irəli getmək" başlığını da yazıb.
Amma izləyiciləri onu bu fotoya görə həm tənqid, həm də təhqir ediblər.


