sosial / hadise
11.07.2019, 10:53
Bakıda pedofil saxlanıldı

Bakı şəhərində azyaşlı qızlara qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“dogruxeber.tv”ın verdiyi xəbərə görə, ictimai yerlərdə azyaşlı qızlara qarşı əxlaqsız seksual hərəkətlər edən 1961-ci il təvəllüdlü Nuşirəvan Məhərrəmov Xətai rayonunda ələ keçib.
Xətai polisi onu saxlayandan sonra N.Məhərrəmovun daha bir neçə rayonda eyni hərəkətləri etdiyi məlum olub.
Araşdırma aparılır./Qafqazinfo


