İcra başçısı 20 hektar torpağı əlimdən alıb – Şikayət













Göyçay rayonundan olan sahibkar, 2-ci Ərəbcəbirli kənd sakini Həsənov Ramiz Əli oğlu ona məxsus olaan torpaqların əlindən alındığını bildirir.

Bu haqda “Yeni Sabah”a müraciət edən sahibkar deyir ki, Göyçay rayonunun Müskürlü kəndində quşçuluq fabrikinin sahibidir. Yem bazasının təminatı üçün o Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində uzun illər 20 ha torpaq sahəsində taxıl əkib.

Lakin Mehdi Səlimzadə Göyçay rayonuna icra başçısı təyin olunandan sonra həmin torpaq əlindən alınıb: “Adını da belə qoydu ki, Göyçayda aqropark yaradılır. Çərəkə kəndində 50 hektar, Xəlitli kəndində 30 ha, Mallışıxlı kəndində 40 ha, Bəydövüldə 60 ha, Şirvan kolxozuna və 106 nömrəli Peşə Kollecinə məxsus 100 ha torpaq sahələrini aqropark yaradılması adı ilə ələ keçirib istifadə etməyə başladı.

Mən Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Şahin Mustafayevin Ağdaş rayonunda qəbuluna gedib bu barədə ondan soruşduqda cavab verdi ki, “İcra başçısı sizi aldadır, yalan deyir. Göyçayda aqropark yaradılmayıb nə də ki, gələcəkdə belə bir plan yoxdur””.

Ramiz Həsənov ddeyir ki, bundan sonra o Ərəbcəbirli bələdiyyəsinə müraciət edib həmin 20 ha torpaq sahəsini qanunu qaydada ona satılması və ya icarəyə verilməsi üçün hərrac keçirilməsini xahiş edib. Bələdiyyə sədri Səyyaf Səmədov bildirib ki, həmin torpağın bələdiyyə torpağı kimi tanıdılması üçün bələdiyyənin vəsaiti yoxdur. “Buna görə mən öz cibimdən bələdiyyənin əvəzinə 800 manat pul ödədim ki, həmin torpaq bələdiyyə torpağı kimi tanıdılsın və hərraca çıxarılsın. Bələdiyyə sədri Səyyaf Səmədov həmin torpağın Ərəbcəbirli bələdiyyəsinə məxsus olmasına dair Əmlak Komitəsinə sənəd təqdim etməli olsada bunu etmədi. Sonradan mənə Əmlak komitəsindən bildirildi ki, bələdiyyə sədri Səyyaf Səmədov torpağın icarəyə verilməsi üçün hərrac keçirilməsinə etiraz məktubu yazıb, Əmlak Komitəsinə göndərib”.

Şikayətçi bildirir ki, onun qanunu qaydada özəlləşdirib, aldığı quşçuluq fabrikində çoxlu sayda insanlar işləyib ailəsinə çörək aparır: “Dövlətə xeyir verirəm, bütün bunlar göz önündədir. Amma icra başçısı buna mane olur. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm. Mən əlimdən alınan torpaqların geri qaytarılmasını istəyirəm”.

Məsələ ilə bağlı İH-nın mövqeyini dərc etməyə hazırıq.

İcra başçısı 20 hektar torpağı əlimdən alıb – Şikayət

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər