hadise
18.07.2019
Yasamalda dava: 1 nəfər saxlanıldı

Yasamalda baş verən davaya görə bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən dogruxeber.tv-a verilən məlumata görə, iyulun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Vəlixanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini F.Budaqov saxlanılıb.
Araşdırma aparılır.


