Ermənistanla Rusiya arasında silah tenderi ilə bağlı QALMAQAL













Ermənistanın Müdafiə Nazirliyi ilə Rusiya şirkəti arasında tender qalmaqalı yaşanır.


dogruxeber.tv Ria-Novostiyə istinadən məlumat verir ki, Ermənistanda Rusiya şirkətinin də qatıldığı silah tədarükü üzrə tenderin ləğvi ilə bağlı cinayət başlanıb.


Bu ilin may ayında Ermənistanın Müdafiə Nazirliyi ilk dəfə olaraq bir neçə milyon dollar məbləğində hərbi texnikanın tədarükü üçün tender elan edib. Yalnız Rusiyanın “Promtexnologiya” şirkətinin “ORSİS” brendi tenderin şərtlərinə cavab verib.


Lakin az sonra heç bir səbəb göstərilmədən tender ləğv olunub. Şirkət Apellyasiya Komissiyasına müraciət edib. Həmçinin, şirkətin Ermənistanda maraqlarını təmsil edən vəkil Müdafiə Nazirliyinə qarşı iddia qaldırıb. Olay barədə Ermənistanın Rusiyadakı səfirliyinin hərbi attaşesinə də məlumat verilib.


Müdafiə Nazirliyi cinayət işinin başlanması barədə xəbəri təsdiqləyib. Əlavə məlumatın isə istintaqın sonunda veriləcəyi bildirilib.


“ORSİS” “Promtexnologiya”nın istehsal etdiyi silahların, sadəcə bir qrupudur. “Promtexnologiya” bir neçə il ərzində İrəvana silah, güllələr və optik avadanlıqlar göndərib. Şirkətdən bildiriblər ki, indi onlar qara siyahıdadırlar.


İşin təfərrüatlarına gəlincə, şirkətin nümayəndəsi bildirib ki, Müdafiə Nazirliyinə tələb olunan bütün sənədlər verilib. Lakin qurum bəzi sertifaktların verilmədiyini iddia edir. Həmçinin nazirlik bank zəmanəti ilə bir neçə yüz min dollarlıq ödəniş də tələb edib. Şirkətin nümayəndəsi isə bildirir ki, qanunla bu, yalnız şirkət tenderi qazanıb müqaviləni imzalamaqdan imtina etdikdə mümkündür.


"Biz Apellyasiya Komissiyasına müraciət etdik. Tenderlər birbaşa əlaqəsi olmayan sənədlər əlavə olundu. Lakin sonda bildirildi ki, bir neçə sənəd yoxdur. Halbuki biz onları təqdim etmişdik”, - deyə şirkətin nümayəndəsi bildirib.


Onun fikrincə, mövcud vəziyyət Ermənistanda patron zavodu inşası layihəsinin pozulmasına təhlükə yaradır. Zavodun Rusiyanın sərmayələri hesabına yaradılacağı güman edilirdi.

Son xəbərlər

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Bütün xəbərlər