Payızda bazarda gözlənilən vəziyyət: meyvə ucuzlaşacaq, tərəvəz isə... - PROQNOZ













Azərbaycanda payız meyvələri həmişə ucuz olur.

Bunu Oxu.Az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli mövsümdən asılı olaraq meyvə-tərəvəzin qiymətinin dəyişməsinə münasibət bildirərkən deyib.

N.Nəsirli qeyd edib ki, payız meyvə mövsümüdür, meyvələrin kütləvi yığımı bu mövsümə təsadüf edir:

"Gec yetişən meyvələr sentyabrın sonunda toplanacaq. Ümumiyyətlə, ölkəmizdə payız meyvələri hər zaman ucuz olur. Qiymətlər əhalinin alıcılıq qabiliyyətinə cavab verir. Alma, şaftalı, gec yetişən gavalı və sitrus meyvələri əsasən bu vaxt toplanır. Bu səbəbdən qiymətlərin xeyli aşağı olması müşahidə edilir".

Ekspert bildirib ki, ilk növbədə, bazarlarda almanın qiyməti ucuz olacaq:

"Hər il bu vaxt almanın ucuzlaşması müşahidə olunur. Son illər alma bağları salındığına görə çeşidlər artıb.

Bu mövsümdə yetişən çəyirdəkli meyvələr - şaftalı və gec yetişən gavalının qiymətinin də aşağı olması gözlənilir. Son illər Azərbaycana yeni şaftalı növləri gətirilib. Artıq həmin sortlar yavaş-yavaş bazara çıxarılır".

O vurğulayıb ki, payızda sitrus meyvələri də ucuzlaşacaq. Limon, portağal, naringi və digər sitrus meyvələri sentyabrın sonu, oktyabrın əvvəllərində yetişəcək.

N.Nəsirli deyib ki, payız mövsümündə tərəvəzlərin ucuzlaşması gözlənilmir:

"Avqustun sonundan başlayaraq istixanalarda şitillərin əkilməsinə başlanılıb. Həmin istixana məhsulları bazara oktyabrın ortalarından çıxarılacaq. Amma bu məhsulların ucuzlaşacağına inanmıram, çünki burada sənaye istehsalı və maya dəyəri məsələləri var.

Tərəvəz məhsullarında ucuzlaşma olmasa da, bazar qiymətinə uyğunluq müşahidə oluna bilər. Bütün məhsulların ucuzlaşacağını gözləmək düzgün deyil, çünki hər məhsulun maya dəyəri var, qiymətlər ondan aşağı salına bilməz. Belə olsa, fermer zərər çəkər".

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər