"Bunu ən çox imkanlı şəxslər edir, qanun tam gücü ilə işləmir" — Deputatdan ETİRAF












Son vaxtlar Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlə bağlı həyacan təbili çalmaqdadır. Çünki insan sağlamlığı üçün ziyanlı olan elektron siqaretdən istifadə edənlərin sayı gündən-günə artır. Artıq məsələnin ciddiliyini nəzərə alan bir çox ölkələr bununla bağlı müəyyən tədbirlər görməyə başlayıb. İlk olaraq ABŞ-ın Miçiqan ştatında elektron siqaretlərə qadağa qoyulub. Həmçinin, elektron siqaretlərin pərakəndə və onlayn satışına da altı ay müddətinə icazə verilməməsi ilə bağlı qərar qəbul edilib.


Azərbaycanda da elektron siqaretlərin qadağan edilməsi gündəmə gələ bilərmi?


Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda elektron siqaretdən istifadə edənlər imkanlı, yuxarı təbəqənin adamları, özünü cəmiyyətdə göstərmək istəyənlərdir.


"Təəssüf ki, ölkəmizdə bu, dəb halını alıb. Amma yaxşı nümunə deyil. Azərbaycanda tütünün istifadəsini məhdudlaşdırmaq haqqında qəbul olunan qanunda elektron siqaretlər də adi siqaretlər və digər tütün məmulatları ilə bərabər tutulur.


Onların qapalı məkanlarda çəkilməsi qadağan edilib. Amma hələlik elektron siqaretin tam ləğvi gözlənilmir. Müəyyən maarifləndirmə işi aparıldıqdan sonra bu barədə danışmaq olar.


Etiraf etmək lazımdır ki, qəbul edilən qanun da tam gücü ilə işləmir. Kifayət qədər nəzarət yoxdur. Qanunun tam işləməsi üçün vaxt lazımdır".


Deputat deyib ki, hazırda elektron siqaret və sulu qəlyan Azərbaycanda çox geniş yayılıb.


"Elektron siqaretin tərkibində nikotinin olmadığını deyənlər yanılır. Alışqanlıq yaratması məhz tərkibində nikotinin olması ilə bağlıdır. Onun da yanma məhsulu digər tütün məmulatları kimi kanserogen maddələr, bu isə öz növbəsində insanlarda xərçəng, tənəffüs yolları xəstəlikləri yaradır".

Son xəbərlər

Benzin böhranı yaxınlaşır – bəzi bölgələrdə satış məhdudlaşdırıldı

Koxalski və Zubir UEFA Çempionlar Liqasının ən yaxşıları arasında

Hikmət Hacıyev İran səfiri ilə görüşdü - Foto

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA

Polşada hökumət məktəblərdə telefon istifadəsini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib

Diplomatik xidmət əməkdaşlarına müavinət ödəniləcək

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Bütün xəbərlər