hadise
12.09.2019
Qaxda azyaşlını avtomobil vurub

Qaxda 12 yaşlı qızı maşın vurub.
dogruxeber.tv-ın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Tasmalı kənd sakini, 12 yaşlı Ləman Nurlan qızı Mirzəzadə kəllə-beyin travması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Məlumatda bildirilir ki, L.Mirzəzadəni yaşadığı kəndin ərazisində minik avtomobili vurub. L.Mirzəzadənin müayinə və müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır./APA


