iqtisadiyyat
14.09.2019, 11:37
Neft yenidən ucuzlaşıb
![]()
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,38% azalaraq 1 barelə görə 60,15 dollar təşkil edib.
“dogruxeber.tv”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,45% azalaraq 54,84 dollar təşkil edib./APA-Economics


