Əsgəri 4 ayda 32 dəfə evə buraxan komandirin CAVABI?














Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Penitensiar Xidmətin hərbi hissəsinin sabiq bölük komandiri Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

dogruxeber.tv-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən İsrafil Vəliyev bildirib ki, K.Həsənovun komandir olduğu bölükdə əsgər olub: "Üç dəfə şəhər buraxılışına, bir dəfə uzunmüddətli məzuniyyətə getmişəm. Buna görə komandirə heç nə verməmişəm. Başqalarının da pul verməsindən xəbərim yoxdur".

Şahid İxtiyar Məmmədov, Fədai Tapdıqov, Sahib Tapdıqov və Nicat Süleymanov da oxşar ifadə veriblər.

Daha sonra sənədlərin tədqiqi mərhələsində məlum olub ki, əsgərlərdən biri dörd ay ərzində 32 dəfə şəhər buraxılışına gedib. Hakim həmin əsgərin bu qədər buraxılışda olmasının səbəbini soruşub.

Təqsirləndirilən K.Həsənov bildirib ki, həmin əsgər hərbi hissəyə yaxın ərazidə yaşayıb: "Həmçinin, nümunəvi xidmətinə görə çox buraxılıb".

Hakim digər əsgərlərə nə qədər buraxılış verilməsini aydınlaşdırmaq üçün növbəti prosesdə buraxılış qeydiyyatı kitabının tədqiq ediləcəyini bildirib.

Proses oktyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Rəsmi ittihama görə, K.Həsənov tabeliyində olan əsgərlərdən həftəsonu buraxılışı üçün 30-40 manat məbləğində rüşvət alıb.

İttihama münasibət bildirən K.Həsənov özünü qətiyyən təqsirli bilməyib.

O deyib ki, ittiham verilmədən öncə hərbi hissədə insident yaşanıb və əsgərlərdən biri o birinə güllə atıb. Sözügedən hadisə ilə bağlı araşdırma aparılarkən rüşvət faktı ilə bağlı ayrıca cinayət işi başlanıb və K.Həsənova ittiham irəli sürülüb.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib./Trend

Oxunub: 956

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər