İyirmi ölkənin vəkilləri Bakıda toplaşdı













Oktyabr ayının 4-də “Marriott Abşeron” Bakı mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər məhkəmələrin sədrləri və hakimləri, prokurorluq və ədliyyə orqanlarının rəhbərləri və nümayəndələri, o cümlədən, 20-dən çox ölkənin vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların, habelə dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, hüquq ictimaiyyətinin təmsilçiləri iştirak edir.

İki sessiyada keçiriləcək konfransın məqsədləri beynəlxalq ekspertlərin və dünyanın müxtəlif ölkələrinin vəkillər kollegiyalarının nümayəndələrinin vəkillik peşəsinin idarəetmə və rolu ilə bağlı perspektivlərinin bir araya gətirilməsidir.
Tədbirlərdə müvəkkillərinin insan hüquqlarının müdafiəsini həyata keçirərkən vəkillərin əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılacaq. Konfrans iştirakçılarının çıxışları, əsasən vəkillik peşəsinin təşkili və idarəetməsi, vəkil etikası və vəkillərin peşəyə qəbul mövzularında nəzərdə tutulub.

Tədbirin iştirakçılarından Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonya Fonteyn, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə hüquq layihəsinin rəhbəri Tomas Herrman da açılış sözləri ilə çıxış edib.

Konfransda çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlayaraq 2019-cu ilin Azərbaycan vəkilliyi üçün əlamətdar olduğunu, bununla əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən silsilə tədbirlər keçirildiyini bildirib, hazırkı konfransın məqsədi və proqramı barədə məlumat verib, həmçinin, son dövrdə Azərbaycanda vəkillik peşəsinin inkişafı istiqamətində aparılan tədbirlər, bununla bağlı Azəraycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı və 03 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyəti, ölkəmizdə bu sahədə olan çatışmazlıqlar, onların aradan qaldırılması və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi üçün aparılan işlər barədə danışıb, bu baxımdan hazırkı konfransın müxtəlif ölkələrlə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq üçün mühüm rol oynadığını bildirib.

Daha sonra, Türkiyə Barolar Birliyinin sədri, “TÜRK-AV”ın rəhbəri Metin Feyzioğlu, Rusiya Federal Vəkillər Palatasının prezidenti Yuriy Pilipenko, Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani, Bütöv Çin Vəkillər Birliyinin vitse-prezidenti Zhu Zhengfu, İran Vəkillər Kollegiyası Birliyinin rəhbəri Morteza Şahbazinia, Belarus Respublikası Vəkillər Kollegiyasının sədri, Belarus Milli Məclisinin qanunvericilik və hüquq siyasəti daimi komissiyasının sədr müavini Viktor Çaiçits, Ukrayna Milli Vəkillər Kollegiyasının prezidenti Lidiya İzovitova, Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernazarov, Litva Vəkillər Kollegiyasının vitse-prezidenti Mindauqas Kukaitis “Vəkillik fəaliyyətində müasir çağırışlar” barədə öz ölkələrinin təcrübələrini bölüşüblər.

Bundan əlavə, tədbir iştirakçılarının səfər çərçivəsində ölkəmizin mədəniyyəti, eləcə də, bölgələri ilə tanış olmaq imkanı olacaq.

Qeyd olunmalıdır ki, yubiley tədbirləri çərçivəsində 3-6 oktyabr tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillər arasında 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turniri” keçirilməkdədir.

Turnirdə 10 ölkəni - Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, İran, Polşa, Qazaxstan, Özbəkistan və Bolqarıstanı təmsil edən 16 komanda birincilik uğrunda mübarizə aparmaqdadır.

Son xəbərlər

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bütün xəbərlər