dunya
5.10.2019
İngiltərədə avtobus aşıb: 10-dan çox adam xəsarət alıb

İngiltərənin Devon şəhərində şənbə günü səhər saatlarında avtobus aşıb.
dogruxeber.tv-ın məlumatına görə, qəzada 10-dan çox adam xəsarət alıb birinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Devon polis idarəsinin açıqlamasında deyilir: "Hadisə yerinə təcili yardım maşınları və xilasetmə vertolyotu göndərilib. Polis əməkdaşları və yanğınsöndürənlər hadisə yerindədir".
Qəzanın baş verdiyi magistral hissədəki nəqliyyat müvəqqəti olaraq bağlanıb. Qəzanın səbəbləri araşdırılır./Trend


