Şadlıq saraylarına XƏBƏRDARLIQ! - Hər bir işçi və toya gələn müğənni vergi ödəməlidir (VİDEO)












Gələn ildən etibarən, şadlıq sarayında çalışan hər işçinin-musiqiçinin, rəqqasın, fotoqrafın, hər bir kəsin vergi sənədi olmalıdır. Əgər hər hansı bir şadlıq sarayında hər hansı bir işçinin bu sənədi olmadan çalışdığı müəyyən olunarsa, bu zaman məsuliyəti həmin şadlıq sarayının rəhbərliyi daşıyır və buna görə o cərimə oluna bilər.



ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.



Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Şadlıq sarayında çalışan işçilər fəaliyyətə başlayanadək sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etməlidir.



Vüqar Bayramov – İqtisadçı: “Şadlıq sarayları xidmət göstərən zaman öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra sadələşmiş vergi üzrə qəbzə malik olmalıdır. Əvvəlki dövrlərdə sadəcə qeydiyyatdan keçməklə, yəni VÖEN-ə sahib olmaqla artıq xidmət göstərmək mümkün idi. Daha sonra isə xidmətə görə dövriyyə elan olunurdu və dövriyyə elan olunduqdan sonra vergi hesablanırdı”.



Ekspertlərin sözlərinə görə, yeni qaydanın tətbiqi bəzi şəxslərin vergidən yayınmasının qarşısını alacaq.



Vüqar Bayramov – İqtisadçı: “Sözügedən sahədə vergi dövriyəsi kifayət qədər böyükdür. Amma həmin dövriyənin vergiyə cəlb edilməsi ilə bağlı çətinliklər vardı. Yalnız o şəxslər sözügedən xidmətləri göstərə biləcək ki, onların məhz həmin qəbzi olsun. Sənədi olsun”.



Samir Qasımov - Vəkil: “Bu vaxta qədər bu ümumi qaydada gedirdi. Ya əmək müqaviləsi əsasında həmin adamlar işçi kimi işə götürülməli idi, əmək haqqından vergi tutulub, ödənilməli idi, ya da ki, həmin şəxslər VÖEN almalı idilər, hər ay sadələşmiş vergi ödəməli idilər. Bu təcrübə də dəqiq işləmirdi. Yəni bunun dəqiq mexanizmi yox idi”.



Sözügedən işçiləri qəbz əldə edilmədən işlədən sahibkara hər bir işçiyə görə 1-ci dəfə 2000 manat, 2-ci dəfə 4000 manat, 3 və ya daha çox olduğu halda 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.



Vahid Əhmədov – Milli Məclisin deputatı: “İstənilən müğənni olsun, digər sənət sahibləri olsun, əgər onlar Azərbaycan vətəndaşıdırsa, bu ərazidə çalışırsa, müəyyən gəlir əldə edirsə, o gəlirdən vergi verməlidir. Dəyişkilik elədik vergi məcəlləsində ki, hər bir sənətkar vergi ödəyicisi olsun, yəni bu tamamilə qanunauyğundur”.



Qanun layihəsi Milli Məclisin noyabrda keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.(baku.ws)

Son xəbərlər

Bu ölkə İran təyyarələrinə qadağa qoydu

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Milli Məclisin sessiyası yekunlaşdı - Deputatlar tətilə çıxdı

Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

Bütün xəbərlər