Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"













“Əminəm ki, qısa zaman kəsiyində üçrəngli bayrağımız işğal olunmuş bütün torpaqlarımızda dalğalanacaq...”



“Ölkə başçısının 2009-cu ildə sərəncamıyla bayrağımızı geniş şəkildə təbliğ etmək, onun ucalığını qoruyub saxlamaq üçün ən uca yerlərdə Bayraq Meydanları yaradıldı”



Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı Azərbaycanın Dövlət Bayrağı Günü haqda danışarkən deyib.



Millət vəkili bayram münasibətilə hər bir vətəndaşımızı təbrik edib:



“Bayraq Azərbaycan dövlətinin ən mühüm atributudur, bizim qürur mənbəyimizdir, dövlətçiliyimizin və müstəqilliyimizin simvoludur. Bayraq digər rəmzlərdən fərqli olaraq dünya miqyasında və eyni zamanda Azərbaycanda daha populyardır, dövlətçilik rəmzi kimi öndədir. Ölkəmizə düyanın ən aparıcı dövlətlərinin başçıları səfər edəndə onlar Azərbaycan bayrağıyla bəzədilmiş meydanda qəbul edilir, eyni zamanda Azərbaycan bayrağı önündə təbii ki, həmin dövlətin də bayrağı olmaqla ilk görüşlər başlayır. Həmçinin ölkə başçımız xarici səfərləri zamanı Azərbaycan bayrağının qarşısında ayrı-ayrı dövlətlərdə və beynəlxalq təşkilatlarda ilk görüşlərinə başlayır.
Bayrağımız çox böyük çətinliklərdən sonra Azərbaycanın müstəqilliyi üzərində dalğalanmağa başladı və bildiyimiz qədər Azərbaycan Cümhriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağımız, sovet imperiyasının, bolşeviklərin işğalı nəticəsində tarixin arxivinə göndərildi. Sonradan Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə başlayarkən ilk dəfə ona rəsmi status verdirən ulu öndərimiz Heydər Əliyev oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin birinci yığıncağında sovet bayrağı endirilərək onun yerinə üçrəngli bayrağımız sancıldı. Eyni zamanda, Azərbaycan Ali Sovetinə tövsiyə edildi ki, bayrağımız Azərbaycanın rəmzi kimi qəbul edilsin. Müstəqillik əldə etdikdən sonra bayrağımız Birləşmiş Millətlət Təşkilatıyla yanaşı, digər dövlətlərin bayrağıyla birlikdə dalğalandı.


Bu gün də Azərbaycan bayrağı dövlət təşkilatlarında çox ciddi əhəmiyyət kəsb edən yerlərdə dalğalanır. Ölkə başçısının 2009-cu ildə sərəncamıyla bayrağımızı geniş şəkildə təbliğ etmək, onun ucalığını qoruyub saxlamaq üçün ən uca yerlərdə Bayraq Meydanları yaradıldı. Bakıda yaradılan Bayraq Meydanı böyüklüyünə görə “Ginnesin Rekordlar Kitabı”na düşdü. Biz hər zaman ona baxanda böyük fərəh hissi keçiririk. Həmçinin Bayraq Meydanında dövlət himnimizin sözləri yazıldı, muzey yaradıldı və ölkəmizin bütün rayon mərkəzlərində də belə Bayraq Meydanları yaradıldı. Son olaraq aprel döyüşlərində daha bir qürurverici hadisənin şahidi olduq ki, o da əsgərlərimizin Lələ təpəyə üçrəngli bayrağımızı sancması oldu. Əminəm ki, qısa zaman kəsiyində üçrəngli bayrağımız işğal olunmuş bütün torpaqlarımızda dalğalanacaq və Azərbaycanın ərazi bütövlüyünün rəmzi kimi bir daha qürur mənbəyimizə çevriləcəkdir. Bayramımız mübarək olsun!”

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər