Bu il Avropadan 1285 azərbaycanlı deportasiya olunacaq
Bu il Avropadan 1285 azərbaycanlının deportasiya olunacağı gözlənilir. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Real TV-yə müsahibəsində bildirib. O deyib ki, bu ilin sonuna qədər Avropadan Azərbaycana 1000 nəfərdən çox şəxs deportasiya olunacaq. Artıq ilkin razılaşma əldə olunub.