Sürücülük vəsiqəsi imtahanı DYP-dən alınır? – Ekspert və deputatdan maraqlı TƏKLİFLƏR










Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir. Bildiyimiz kimi, sürücülük vəsiqəsi almaq üçün imtahanlar Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən aparılır. İmtahan 2 mərhələdən ibarət olub, birincisi test, ikincisi isə praktik yolla aparılır. Lakin imtahanının test mərhələsi heç də şəffaf şəkildə aparılmır. Buna görə də irəli sürülən təkliflərə əsasən sürücülük vəsiqəsi imtahanının DYP-dən alınıb Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsi məqbul hesab edilir.

“Onsuzda bu imtahanlar hansı qurum tərəfindən veriləcəksə, birbaşa dövlətin qanun çərçivəsində həyata keçirələcək”.

Bunu hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov Modern.az-a danışarkən söyləyib. Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə 2018- ci ilin dekabrında “Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı” qəbul olunub.

“Bu proqramda dövlətin siyasi və strateji baxışı öz əksini tapıb. Həmçinin qeyd olunub ki, sürücülərin hazırlanması, imtahanların qəbulu və s. kimi məsələlər təkmilləşdirilməlidir. Ancaq konkret olaraq istiqamət göstərilməyib ki, təkmilləşdirilmə nədən ibarət olmalıdır. Bu da özündə onu ehtiva edir ki, qanunvericilik ilk növbədə təkmilləşdirilməlidir. Yəni bu kimi məsələlərə yeni baxış olmalıdır. İndi dövlətin özünün konkret siyasəti var ki, sürücü hazırlığı işi, yəni sürücülük məktəblərinin təşkili, fənlərin tədrisi, onların proqramları, sürücü olmaq istəyənlərdən imtahanların götürülməsi, imtahanların məzmunu, verilmə qaydaları və s. kimi məsələlər üzrə yeni ideyalar ortaya qoyularaq, dövlət proqramı hazırlanmalıdır”.

Ərşad Hüseynov belə hesab edir ki, sürücülük imtanlarının DYP-dən alınıb DİM-ə verilməsi məsələsinə dövlət proqramı çərçivəsində baxılsa daha məqsədəuyğun olar.

“Ölkədə dəqiq araşırmalar aparılmalıdır ki, sürücülük təhlili sistemi necə qurulsun. Daha sonra sürücülük imtahanları hansı qurum tərəfindən qəbul olunsun”.

Milli Məclisin deputatı Çingiz Qənizadə hesab edir ki, Dövlət İmtahan Mərkəzi sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanı öz üzərinə götürsə əhali arasında böyük bir narazılığa səbəb olacaq.

“Bildiyiniz kimi, Dövət İmtahan Mərkəzi bir neçə aydan bir 200-300 nəfərin iştirakı ilə dövlət qurumlarının, nazirliklərin imtahanını keçirir. Məhz bu səbəbdən də Dövlət İmtahan Mərkəzi bu imtahanları keçirtmək üçün çox ciddi hazırlıqlar prosesi aparır. Xüsusi mühafizə, xeyli sayda əməkdaş, eyni zamanda böyük zalların kirayəyə götürülməsi, kompüterləşdirilmə və s. bu kimi məsələləri həll etməkdən ötrü müəyyən vəsait xərcləyir. Ancaq sürücülük vəsiqəsinin alınması üçün verilən imtahan elədir ki, həftədə bir-iki dəfə keçirilir. İnsanlar da 5-10 nəfər gedib imtahanlarını verirlər. Belə olan halda əgər bu imtahan Dövlət İmtahan Mərkəzinə verilsə, gərək onda vətəndaş sürücülük vəsiqəsi almaq üçün 6 ay imtahanın keçiriləcəyini gözləsin. Bu proses isə uzun bir vaxt tələb edir”.

Deputat saxta, yəni rüşvət müqabilində sürücülük vəsiqələrinin verilməsinin qarşısını almaqdan ötrü bir təklif irəli sürüb:

“Bir faktı qeyd edim, bir neçə gün öncə Rusiyanın bir vilayətində otaqlara kameralar quraşdırılması ilə əlaqədar xeyli sayda saxta sürücülük vəsiqələrinin verilməsi faktı aşkarlandı. Məhz bu kimi halların baş verməməsi üçün mən təklif edərdim ki, imtahan keçirilən otaqlara kameralar quraşdırılsın. Bundan əlavə hər imtahan keçirilən vaxtı ictimaiyyət nümayəndələrinin, hətta jurnalistlər, adi vətəndaşlar və qeyri hökümət təşkilatlarının nümayəndələri üçün “yaşıl dəhliz” yaradılmalıdır ki, imtahanları izləsinlər. Yəni onların girişinə icazə veriməlidir. Düşünürəm şəffaflaşmanın bir çıxış yolu bundan ibarətdir”.

Oxunub: 729

Son xəbərlər

Texnologiya Universitetində yaşıllıqlar niyə məhv edilir? – 14 ağacın kəsilməsi suallar doğurur

Keçmiş nazir Rahim Hüseynovla bağlı araşdırma başlandı

Azərbaycanda qar yağacaq - XƏBƏRDARLIQ

Təlim mərkəzində qumbara partladı - Kursant öldü

Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi

4,5 milyon manatlıq müəssisə ləğv edildi

Kolleclərə tələbə qəbulunda bu ixtisas ləğv edildi

“Tasnim”: İran ABŞ ilə müharibəyə hazırdır

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Bütün xəbərlər