hadise
2.12.2019
Bakıda gənc müəllimi küçədə bıçaqladılar
![]()
Bakıda gənc bıçaqlanıb.
dogruxeber.tv-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Bakı şəhər sakini, Suraxanı rayonu 131 saylı orta məktəbin idman müəllimi, 1996-cı il təvəllüdlü Əhmədov Çingiz Vaqif oğlu gecə saatlarında Xətai rayonu, Babək prospekti 23/47 ünvanında tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb./Trend


