DEPUTATIN İDDİASI RƏDD EDİLDİ - Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib?













Deputat olana qədər “Moskviç-412"də gəzən Axundovanın milyonlarla dəyəri olan varidata sahib olmasının pərdəarxası...

Dələduzluğa görə həbs olunan şəxs günaşırı Elmira Axundovaya 5 min manat niyə aparırdı?

Binəqədi Rayon Məhkəməsində hakim İlkin Əliyevin sədrliyi ilə deputat Elmira Axundova və oğlu Həbib Axundovun iddiasına baxılıb. Hakim deputat xanımın və oğlunun şikayətini araşdıraraq hesab edib ki, verdikləri şikayət qanuni və əsaslı deyil. Ona görə də şikayəti təmin etməyib.

Bu iddianın meydana çıxmasına səbəb olan hadisələr 2013-cü ildə cərəyan edib. Həmin il Elmira Axundova və oğlunun adı mətbuatın gündəminə 8 milyon manatlıq dələduzluq işinə görə gəlib. İş üzrə zərərçəkənlər ölkə rəhbərliyinə, mətbuata üz tutaraq deputatın, oğlunun adı keçən dələduzluq işinin ört-basdır edilməsinin qarşısını almağa çalışırdılar. Buna Elmira Axundova parlamentdə əyləşdiyi müddətdə əsasən nail də olmuşdu.

Məsələnin mahiyyəti də bu idi ki, Elmira Axundova oğlunun biznes qurduğunu deməklə ətrafındakı müəyyən şəxslərə həmin biznesə yatırım etməyə çağırmışdı. Adamlar əllərindəki pul-paranı Elmira Axundovanın oğluna vermişdilər. Bir neçə aya toplanan milyonları isə Elmira Axundova “biznes ruxnul” deməklə sahiblərinə qaytarılmasının mümkünsüzlüyünü diqqətlərinə çatdırmışdı. Üstəlik, şikayət edən zərərçəkənlərin susdurulması üçün addımlar da atılmışdı. Ortada olan faktlar, dəlillər isə iş üzrə bütün oxları Elmira Axundovaya, onun oğluna tərəf çevirirdi. Amma buna baxmayaraq, Elmira Axundova istədiyi hökmləri məhkəmələrdən ala bilirdi.

“Dünyada hər şeyi pul həll edir”. Buraxılmış parlamentin deputatı Elmira Axundova bu sözləri müsahibələrindən birində söyləmişdi və bunu elə-belə, sözgəlişi demirdi. Deputat xanımda bu fikirlər uzun zaman kəsiyində formalaşıb yazsaq, yanılmarıq.

Mətbuatdan da bəllidir ki, Elmira Axundova oğlu Həbib Axundovun dəbdəbəli, eyş-işrət dolu həyatını geniş ictimaiyyətdən gizlətməyə çalışır.

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər